Bakıdakı şadlıq evinin zirzəmisini və parklanma zonasını su basıb.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evinin zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.
Həmin şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən, günün ikinci yarısında baş verib. Şadlıq evinin altına su dolmasından bir müddət sonra xəbər tutublar və dərhal aidiyyəti üzrə məlumat veriblər.
R.Hüseynov deyir ki, istilik borusunun partlaması səbəbindən onlara ziyan dəyib. İndi o, aidiyyəti qurum tərəfindən problemin tam aradan qaldırılmasını istəyir.
Məsələ ilə bağlı ''Azəristiliktəchizat''dan bildirilib ki, həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. O da bildirilib ki, qurum magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir və bunun üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır.
Həmçinin həmin ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır və təcili texniki tədbirlər görülür.
Ətraflı süjetdə:
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub