Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasında çalışan və sözügedən əməliyyatda iştirak etdiyi qeyd olunan Nurlan Həsənli ilə bağlı bir sıra suallar yaranmışdı.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, linikanın baş həkimi Araz Ağayev iddialara cavab olaraq 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024-cü il tarixində klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olundu]unu bildirib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.
Bəs görəsən, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxs klinikada həkim köməkçisi kimi fəaliyyət göstərə bilərmi?
Fotoda: Nurlan Həsənli
![]()
Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq. Dekabrın 19-da ünvanladığımız sorğuya, nəhayət, bu gün cavab gəlib.
Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib ki, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsi qanunaziddir:
"Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar "Mərcan Medicare" klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir".
Məlumatda əlavə olaraq qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimdən sertifikatını tələb etmək hüququ var:
"Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya Pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub