Sumqayıt şəhərində avtomobildə yanmış kişi meyiti aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir. Hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib.
Qeyd olunur ki, “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA yazır ki, ölən şəxs avtomobilin sahibi deyil.
Fakt üzrə araşdırma aparılır.

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub