Bakıda taksi sürücüsü sərnişinə qorxu dolu anlar yaşadıb.
Mynews.az Baku.ws-ə istinadla xəbər verir ki, sərnişinin sözlərinə görə, hadisə ötən il dekabrın 27-də baş verib.
Belə ki, taksi şirkətlərindən birinə aid "77-RY-169" dövlət nömrə nişanlı maşının sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəribə davranışlar sərgiləyib. O, maşını mürgüləyərək idarə edib və bir neçə dəfə yol hərəkəti qaydalarını pozub.
"Beş dəqiqəlik yolda beş-altı dəfə qayda pozdu. "Saxla" deməyimə baxmayaraq, maşını saxlamadı", - deyə sərnişin bildirib.
Hadisə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilib. Açıqlama olacağı təqdirdə xəbər veriləcək.
Sözügedən kadrları təqdim edirik:
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub