Dünən saat 09:10 radələrində metronun "İnşaatçılar" stansiyasında gənc xanıma qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.
Mynews.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə "Dərnəgül" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda baş verib.
Metronun "28 May" stansiyasında qatardan enən qadın dərhal səs-küy salaraq vaqonda olan şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Bakı Metropolitenində Polis şöbəsinə dəvət edilən şəxsin Quba rayon sakini 1995-ci il təvəllüdlü S.Babayev olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Nəsimi rayon Məhkəməsinə göndərilib.
Həmçinin zərərçəkmiş qadın da məhkəməyə gedərək ifadə verib. O, 30 yaşlı kişinin qatarda bir neçə dəfə əli ilə bədəninə qəsdən toxunaraq əxlaqsız hərəkətlər etdiyini və onun cəzalandırılmasını tələb edib. S.Babayev isə törətdiyi əməli etiraf edərək peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə S.Babayevə 10 sutka inzibati həbs cəzası verilib. O, saxlanılacağı müəssisəyə göndərilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub