Dünən axşam saatlarında Xətai rayonunda intihar hadisəsi baş verib. Mynews.az xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb.
Əldə etdiyimiz məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur.
Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub