Mynews.az xəbər verir ki, Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov "Hyundai Elantra" markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.
Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.
Yarışda iştirak edən və 2002-ci il təvəllüdü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi "Kia Cadenza" markalı maşın da yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.
***
Mynews.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, az öncə Sumqayıtda ağır yol qəzası qeydə alınıb.
Hadisə yerində olan müxbirimizin verdiyi ilkin məlumatlara əsasən, qəzanın təsirindən bir neçə nəfər ciddi xəsarət alıb. Zərərçəkənlərin bəzilərinin ayaq və qol nahiyələrinin qopduğu bildirilir.
2 nəfər ölüb, ölənlərdən biri piyada, biri sürücüdür.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxsnasına 4 yaralı gətirilib. Onlardan biri ağır yaralıdır, o, reanimasiyaya yerləşdirilib, 3 nəfərin zədəsi isə yüngüldür. Ağır vəziyyətdə olan yaralı Elşad Məmmədovdur.
Müxbirimiz hadisə yerindən çəkilən fotolarda dəhşətli mənzərələrin əks olunduğunu qeyd edir. Hazırda hadisə yerinə tibbi yardım və xilasedici qruplar cəlb edilib.
Əlavə məlumatlar təqdim olunacaq.