Samuxda ağır yol qəzası baş verib.
Hadisə Samux şəhəri ərazisində "Düldül” ziyarətgahı adlanan yerdə baş verib.
"Opel” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolda hərəkət edən at arabasına çırpılıb. Arabada olan orta yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həyatını itirən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada həyatını itirən şəxslə hadisəni törətməkdə şübhəli bilinən sürücünün kimliyi məlum olub.
Hadisənin rayon sakini, "Vətənpərvərlər” İctimai Birliyinin sədri Məhərrəm İsmayılovun idarə etdiyi "Opel” markalı avtomobillə törətməsi müəyyənləşib.
Qəzada həyatını itirən şəxs isə araba ilə odun daşıyan Sərkar kənd sakini 72 yaşlı Əsgərov Elmay Məmməd oğludur.
Araşdırmalar davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub