Sosial şəbəkələrdə mikroqulaqlığın geniş satışı və alışı həyata keçirilir.
Mynews.az xəbər verir ki, cihaz müxtəlif məqsədlər üçün istifadə edilir. Qiyməti isə 160-260 manat arasında dəyişir. Hətta avadanlığın kirayəsi də mümkündür.
Əsasən imtahanlarda iştirak edən şəxslər bu cihazlardan istifadə etmək istəyində olurlar. Bununla bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ötən illərdə ötürücü qurğularla qəbul imtahanına girmək istəyən bəzi işirakçılar imtahandan kənarlaşdırılıb və onların nəticələri ləğv olunub.
Mərkəz məsələ ilə bağlı növbəti aylarda olacaq qəbul imtahanlarında iştirak edən şəxslərə xəbərdarlıq edib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirildi ki, dinləmə cihazlarının ölkəyə gətirilməsi qadağandır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub