Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya dağ-xizək kurortunda yerləşən otellərdən birində yanğın baş verib. Ən azı 10 nəfər ölüb, onlardan ikisi hündürlükdən yıxılma nəticəsində, 32 nəfər isə yaralanıb. Mynews.az bu barədə NTV telekanalına istinadən məlumat yayıb.
Bolu vilayətinin valisi Əbdüləliz Aydın ölən və yaralananların Türkiyə vətəndaşları olduğunu bildirib. Yanğın saat 03:30 radələrində 11 mərtəbəli otelin 4-cü mərtəbəsində baş verib. Yanğın restoranın yerləşdiyi mərtəbədən başlayıb. Yanğın zamanı oteldə 234 qonaq olub. Səlahiyyətlilər araşdırmaya başlayıb. Koroğlu dağlarının zirvəsində yerləşən Kartalkaya xizək kurortu məşhur qış tətili məkanıdır. Bolu şəhərindən təxminən 40 kilometr, İstanbuldan isə 270 kilometr məsafədə yerləşir.
Yada salaq ki, Serbiyada, Belqradın kənarında qocalar evində yanğın baş verib, 8 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub