Belçika millisinin və “İnter”in keçmiş oyunçusu Radja Nainggolan narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb. Mynews.az xəbər verir ki, "Gazet van Antwerpen" qəzeti Brüssel prokurorluğuna istinadən məlumat yayıb.
İstintaq Cənubi Amerikadan Avropaya Antverpen limanı vasitəsilə kokain gətirilməsi və onun Belçikada yayılması ilə bağlıdır. Bu iş çərçivəsində futbolçu Radja Nainggolan həbs olunub. Hazırda məhkəmə araşdırmaları davam etdiyi üçün, günahsızlıq prezumpsiyası prinsipinə uyğun olaraq, əlavə şərh verilməyib.
Nainqolan "İnter"in heyətində İtaliya çempionu olub (2021). O, həmçinin İtaliyanın "Roma", "Kalyari" və SPAL klublarında çıxış edib. 24 yanvar tarixində futbolçu Belçikanın "Lokeren-Temse" klubunda debüt edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub