İsveçin Örebro şəhərində məktəbə hücum zamanı 4 nəfər güllələnib. Örebro polisindən verilən açıqlamada Risbergska Liseyi şəhərciyinə edilən silahlı hücum nəticəsində 4 nəfərin yaralandığı bildirilib. Hücumun yerli vaxtla saat 13.30-da baş verdiyi qeyd edilsə də, yaralılarla bağlı təfərrüatlar hələlik paylaşılmayıb.
Digər tərəfdən, bölgədəki insanlar evlərində qalmağa çağırılıb.
Örebro polisinin sözçüsü Lars Hedelin hadisə ilə bağlı qətlə cəhd və yandırma şübhəsi ilə istintaq başladıldığını açıqlayıb.Yerli “Expressen” qəzetinin yazdığına görə, bir nəfərin məktəb şəhərciyini avtomat silahla gülləbaran etdiyi, güllələnənlər arasında hadisə yerinə gedən polislərin də olduğu bildirilib.
Hadisə ilə bağlı inkişafları yaxından izlədiklərini açıqlayan İsveç ədliyyə naziri Qunnar Strömmer verdiyi yazılı açıqlamada: "Örebroda baş verən şiddət hadisələri ilə bağlı məlumatlar çox ciddidir. Polis hadisə yerinə getdi və əməliyyat bütün sürətlə davam edir", deyib.
Örebro Sağlamlıq Müdirliyi, yaralıların reanimasiyaya alındığını açıqlayıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub