Bakıda avtoyuma məntəqəsindəki maşını icazəsiz götürərək yüksək sürətlə idarə edən şəxs ağır qəza törədib. Qəza zamanı xəsarət alan olmayıb, amma 3 nəfər maddi zərər görüb.
Mynews.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
23 yaşlı Kənan işlədiyi avtoyuma məntəqəsindən “Chevrolet Malibu” markalı maşını icazəsiz götürərək sürüb. Yolda 100-120 km/saat sürətlə hərəkət edən Kənan qəzaya səbəb olub.
“Volkswagen Polo” və “Toyota Prius” markalı maşınlara çırpılıb. Sonra isə yol kənarındakı fərdi yaşayış evinin darvazasını əzərək dayanıb.
Kənan ifadəsində deyib ki, həmin gün ətrafdakı mağazalar bağlı olduğu üçün su almağa görə uzaq məsafədə olan marketə gedib. Buna görə maşını götürüb.
Sürücülük vəsiqəsi olmayan Kənan törətdiyi əmələ görə 3 nəfərə maddi ziyan vurub. Qəzanı törədəndən sonra maşının sahibinə zəng vuraraq məlumat verib və onu hadisə yerinə çağırıb.
Qəza zamanı “Chevrolet Malibu” markalı maşına 10 min manat ziyan dəyib. Maşının sahibi zərərin ödənilməsini istəyib. Digər iki maşının sahibi dəymiş zərəri “Chevrolet Malibu” markalı maşının sığortasından istəyib. Darvazası əzilən ev sahibi şikayətçi olmayıb.
Məhkəmə Cinayət Məcəlləsinin 185.2.4-cü (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinən Kənan barəsində hökm çıxarıb.
Ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib, elektron qolbaq gəzdirməsinə qərar verilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub