Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nəriman Nərimanov küçəsindəki beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Mynews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunub.
"Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı mənzildə olan vətəndaşların giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə cavab vermədiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən operativ qaydada xüsusi vasitələrin köməyi ilə mənzilin giriş qapısı açılaraq, ilkin ehtimala görə dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilmiş ana - 1990-cı il təvəllüdlü L.Cəfərova və övladı - 2011-ci il təvəllüdlü Ö.Cəfərov ilkin yardım göstərildikdən dərhal sonra FHN-in xüsusi təyinatlı nəqliyyat vasitəsi və təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılaraq həyatları xilas olunub"- deyə məlumatda qeyd edilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub