Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb.
Mynews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb.
O, "Telegram” sosial şəbəkə seqmentində "Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub