Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə xuliqanlıq niyyəti ilə adam öldürmə və xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə təqsirləndirilən Azər İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mynews.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2024-cü il avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci il təvəllüdlü Sədaqət Rauf qızı İbrahimovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü Azər Rəşid oğlu İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Məlumata görə, qətli törətməkdə təqsirləndirilən Azər Rəşid oğlu İbrahimov epilepsiya xəstəsi olub. Qardaşı ilə bir yerdə yaşayan Azər xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Həmin gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.
Hadisə qadının azyaşlı övladının gözü qarşısında baş verib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub