Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əmənov Hicran Dərya oğlunun nəşi Azərbaycana gətirilib. 1999-cu il təvəllüdlü mərhum Cəlilabad rayonunun Şatırlı kənd sakini olub.
Mynews.az.az-ın məlumatına görə, H. Əmənov əvvəllər Rusiyanın Kazan şəhərində həbs edilib. Müharibəyə getmək şərti ilə azadlığa buraxılan həmyerlimiz Rusiya ordusunun tərkibində döyüşlərə cəlb edilib. 2023-cü ilin noyabr-dekabr aylarında yaralanaraq cəbhə xəttində qalan hərbçinin meyiti yalnız bu günlərdə tapılaraq aidiyyəti qurumlar tərəfindən ailəsinə təhvil verilib.
Əmənov Hicran Dərya oğlu doğulduğu Şatırlı kəndində torpağa tapşırılacaq. Onun ailəli olduğu və bir övladının qaldığı bildirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub