İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüb.
Mynews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, faciəvi hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.
Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Ailə üzvləri deyirlər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.
Yaxınları deyir ki, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, ''Qubadlının azad olunmasına'' görə və ''Vətən müharibəsi iştirakçısı'' medalları ilə təltif olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub