Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə üzv seçilən Qürbət Kərimov vəfat edib.
Mynews.az xəbər verir ki, o, kardioloji xəstəlikdən əziyyət çəkirmiş və səsvermədən bir gün sonra dünyasını dəyişib.
Q.Kərimov seçkilərdə bütün namizədlərdən çox - 717 səs toplayıb.
Yaxınlarının bildirdiyinə görə, o, yenidən bələdiyyə sədrliyinə namizəd olmağı planlaşdırırmış: "Qürbət Kərimov 1960-cı ildə Ağsu rayonunun Gəgəli kəndində doğulub. Çox arzulayırdı ki, yenə sədr seçilsin. Onun bir övladı da dünyasını dəyişib. Vəfat edən övladının uşağı onun himayəsinə idi. Övladının da xəstəliyi var idi".
Qeyd edək ki, Qürbət Abdulkərim oğlu Kərimov 2014-2019-cu illərdə Gəgəli bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, onun vəfatına görə Gəgəli kənd bələdiyyəsini formalaşdırmaq mümkün olmayıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub