Tanınmış jurnalist Afət Telmanqızının evi qarət edilib.
Mynews.az xəbər verir ki, bu barədə jurnalist özü facebook hesabında paylaşım edib.
Onun sözlərinə görə, işi ilə əlaqədar Xankəndi şəhərinə köçdüyü üçün Bakıdakı mənzilini kirayə verib:
"Bir qadın birbaşa vasitəçi olmadan özü zəng edib bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edərək, səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində mənzilimi tərk edib.
Əlimizdə video görüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub. Kompyüter, planşet, telefon və sair. Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub