Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Mynews.az həmin müraciəti təqdim edir:
"Sürücü diqqətsizliyi hər an faciəyə yol aça bilər!
Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bəzən faciə məkanına çevrilir.
Paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqətli olmağa çağırır.
Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur.",- deyə müraciətdə qeyd edilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub