Yolların buz bağlaması və havanın şaxtalı olması səbəbindən Muğanlı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib, bəzi avtomobillər yolda qalıb. Əraziyə yol idarəsinin texnikası və işçi qüvvəsi cəlb olunub.
Mynews.az xəbər verir ki, “9 nömrəli Yol İstismarı” İdarəsinin rəisi Rəşad Kərimov Azərtac-a bildirib ki, hazırda bölgədə havanın temperaturu mənfi 6 dərəcədir. Bu səbəbdən bəzi yollarda buzlaşma var. Lakin yolların buzdan və qardan təmizlənməsi üçün idarənin canlı qüvvəsi və texnikası Muğanlı-İsmayıllı yolunda, eləcə də Qaraməryəm-İsmayıllı, paralel olaraq İsmayıllı-Lahıc-Burovdal avtomobil yollarında təmizlik işləri aparır.
Bölgənin dağlıq ərazilərində yağan güclü qar və buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinliklər davam edir. Sürücülərə ehtiyatlı olmaları və hava şəraitinə uyğun tədbirlər görmələri tövsiyə edilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub