Ötən gün Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunun vəziyyəti açıqlanıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunduğunu bildirib.
"Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsinə köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək".
V.Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir:
"Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riskinin daha da azalacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq".
Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub