Cənubi Amerika ölkəsi Peruda bir alış-veriş mərkəzinin tavanının çökməsi nəticəsində görə 8 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.
Peru Daxili İşlər Nazirliyi, ölkənin üçüncü böyük şəhəri olan Truxillodaki alış-veriş mərkəzinin tavanının çökməsi hadisəsi barədə açıqla verib.
Açıqlamada bildirilir ki, hadisədə 3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib, 80 nəfər yaralanıb: "Dağıntılar altında qalan bütün şəxslərin xilas edilməsi üçün başda yanğınsöndürənlər olmaqla bütün axtarış-xilasetmə qrupları səfərbər edilib. Bu faciəvi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb”.
Fövqəladə Hallar Əməliyyat Mərkəzinin (COER) açıqlamasında, tavanın bir hissəsinin hələ də yerində olduğu, lakin çökmə riskinin davam etdiyi bildirilib.
Tavanın, uşaq əyləncə parkı və kinoteatrların da yerləşdiyi restoranın üzərinə düşdüyü üçün ölü sayının artacağı gözlənilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub