Xəbər verdiyimiz kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mynews.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Son 3 gündə Sabunçu rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.
Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.
Zəhərlənərək ölən şəxslərin adlarını təqdim edirik:
1975-ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Bəhram oğlu
1980-ci il təvəllüdlü Həsənov Abbas Mirəsgər oğlu
1981-ci il təvəllüdlü Hacıyev Elçin Nəsib oğlu
1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə
1971-ci il təvəllüdlü Şəmmədov Yaşar Əkbər oğlu
1981-ci il təvəllüdlü Rüstəmov Qurban Həmidulla oğlu
1965-ci il təvəllüdlü Fərhadov Elbrus Nuruş oğlu
1984-cü il təvəllüdlü Qudzev Aleksey Valeriyeviç
1969-cu il təvəllüdlü Koleks Oleq Borisoviç
1980-ci il təvəllüdlü Şarop Aleksandr Vladimiroviç
1979-cu il təvəllüdlü Andrey Kasumov
Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən 4 dostun da spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub