Qarlı, şaxtalı hava ilə əlaqədar Quba rayon mərkəzi xəstəxanası açıqlama yayıb.
Qurumdan Mynews.az-a verilən məlumata görə 19.02.2025-ci il tarixində saat 12:00 radələrindən etibarən hazırki saatadək qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə 52 nəfər (11-i qadın, 41-i kişi cinsli olmaqla) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edib.
Müraciətlər əsasən, diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.
Xəsarət alanlardan 25-i uşaq, digərləri isə 17-50 yaş aralığında olan şəxslərdir. Onlardan 5 nəfəri xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.
Digər şəxslərə isə ilkin zəruri yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub