Lerikdə yolda qar uçqunu olub.
Bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Ucqar dağ kəndlərinə gedən yollarda problemlər qalmaqdadır. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.
Hazırda yolda təhlükəsizlik tədbirləri görülür.
Lerik Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, hava şəraiti ilə bağlı ucqar dağ kəndlərinə gediş-gəlişdə çətinliklər var. Qeyd olunub ki, hazırda yollar qardan təmizləyir: "Dünənə kimi 50-yə yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq kəndlərin 50 faizinə enerji verilişi bərpa olunub. Günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub