Sumqayıt şəhərində bir qrup gəncin buzlu hava şəraitində hərəkətdə olan avtobusun arxa hissəsindən tutaraq sürüşməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin yetkinlik yaşına çatmadıqları müəyyən edilib və onlar valideynlərinin iştirakı ilə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət ediliblər.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və etdikləri hərəkətin insan həyatı üçün olduqca təhlükəli olduğu diqqətə çatdırılıb. Valideynlərə isə övladları üzərində nəzarəti daha da artırmaq tövsiyə edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub