Bu gün saat 10:18 radələrində “BakuBus” MMC-nin balansındakı 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürüşərək yolun kənarına düşüb.
Mynews.az şirkətə istinadən xəbər verir ki, hadisə intensiv yağan qar səbəbindən nəqliyyat vasitəsi dayanacaqda hərəkətə başlayarkən baş verib.
Sürücünün verdiyi ilkin məlumata əsasən, avtobusda heç bir zədə yoxdur. Sərnişinlər həmin xətt üzrə hərəkət edən digər avtobusda səfərlərini davam etdirib.
Monitorinq Mərkəzinə hadisə barədə məlumat daxil olduqdan sonra, nəqliyyat vasitəsi yolun kənarından çıxarılıb. Artıq onun fəaliyyəti bərpa edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub