Ötən gün axşam saatlarında Qaradağ rayonu ərazisində - Sədərək Ticarət Mərkəzi qarşısındakı Astara-Bakı istiqamətindəki magistral yolunda qəza baş verib.
Mynews.az bildirir ki, bu barədə turkustan.info-nun hadisə yerində olan müxbirinin xəbərinə görə "Ford" markalı sərnişin daşıyan avtomobil ilə "Mercedes-Benz" minik avtomobili tək tərəfli yolda toqquşublar.
Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım nümayəndələri hər iki avtomobildə ağır yaralanan sərnişinləri çıxararaq xəstəxanaya aparıblar.
Toqquşma nəticəsində çevrilərək aşan "Ford" markalı sərnişin daşıyan avtomobilin içindəki sərnişinlər daha ağır xəsarət alıblar.
Hadisə Mercedes avtomobilinin təhlükəli ötmə əməliyyatı nəticəsində baş verib. Avtomobilin sürücüsü qadın olub.



1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub