Dünən axşam saatlarında Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb.
Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.
Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə-yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.
Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan "VAZ” markalı avtomobilə çırpılıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə "VAZ”da olan Hüsiyev Vüsal Məmməd oğlu (1990), Əmrahov Sənan Aqil oğlu (1991), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007) və Aslanov Elbəy Mövsüm oğlu həlak olub.
Həmin şəxslərdən Sənan Əhmədov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.
Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4-ü artıq evə buraxılıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub