Bu gün gecə saatlarında "AAAF Park" yaşayış massivinin ərazisindəki restoranda yanğın baş verib.
Mynews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatlarda yanğının hələ söndürülmədiyi bildirilir.
Məlumatı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər. Məlumatda deyilir:
"Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub".
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri Xırdalandakı iaşə obyektində baş verən yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısını alıb.
Bu barədə FHN-dən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir. ***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub