Ordubadda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, 90 yaşlı kişi ölüb.
Mynews.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Ağrı kəndində baş verib.
Bildirilib ki, 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı dəm qazından (qaz sobasından) zəhərləniblər.
Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə zamanı S.Bağırov rəhmətə gedib, onun həyat yoldaşı M.Bədəlova isə reanimasiya şöbəsində müalicə alır. Digər iki şəxs isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub