İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.
Mynews.az APA-ya istinadən məlumat verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.
Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.
Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məsələ ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən də açıqlama verilib.
"Martın 2-si saat 18:50-də 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib.
Azyaşlı xəstəyə hipertermiya diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib. Xəstənin vəziyyəti stabilləşdiyi üçün valideynlərinin istəyilə müalicəsinin Qaradonlu Ailə Sağlamlıq Mərkəzində davam etdirilməsi qərara alınıb.
Azyaşlıya Qaradonlu Ailə Sağlamlıq Mərkəzində tibbi yardım göstərilib. Lakin azyaşlı şok vəziyyətinə düşüb, reanimasiyon yardımın göstərilməsi məqsədilə pasiyent yenidən İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Həkimlərin çoxsaylı cəhdlərinə və göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ölümün bilavasitə səbəbinin dəqiqləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (İmişli rayon) təşrih olunması üçün təhvil verilib", - açıqlamada bildirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub