Bakıda avtomobildən meyit tapılıb.
Mynews.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən avtomobil təmiri sexinin qarşısında dövlət qeydiyyat nişanları olmayan “Hyundai” markalı avtomobilin içərisində naməlum kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Faiz Vladimiroviç Bastrakov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Mərhumun spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. O, həmçinin narkotik vasitə aludəçisi olub.
Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün meyit müayinəyə aparılıb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam spirtdən zəhərlənərək ölüb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub