Rusiyada 20 yaşlı ana uşağını başqasının qapısına qoyub.
Mynews.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərinin Vasilyevski adası küçəsində baş verib. Bir kişi yaşadığı mənzilin yaxınlığında içərisində körpə olan uşaq arabası tapıb.
Məlumata görə, ana 16 yaşlı iki tanışından doqquz aylıq qızını evlərdən birinin girişində qoymağı xahiş edib.
Polisə ifadə verən qız bildirib ki, daha uşağı böyütmək istəmir, ona görə də bu addımı atıb.
Hazırda körpə psixonevroloji uşaq evindədir. Yeniyetmələr və ana saxlanılıb.
Ana valideynlik borcunu layiqincə yerinə yetirmədiyi üçün məsuliyyətə cəlb edilib. Ona uşağı təhlükə altında qoyduğuna görə cinayət işi açılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub