Bakı şəhəri 254 nömrəli tam orta məktəbin idman müəlliminin şagirdlərə qarşı fiziki təzyiqi ilə bağlı araşdırma aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mynews.az-a verilən məlumata görə, araşdırma nəticəsində məktəbin fiziki tərbiyə müəlliminə təhsilverənlərin etik davranış qaydalarına əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
***12:28
Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli Tam Orta Məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur.
Məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib:
![]()
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məktəb uşaqlarını təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki şagirdlər həmin məktəbin 10d sinif şagirdləridir", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət ünvanladıq.
Qurumun Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi haqqında əlavə məlumat veriləcək.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub