Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Mynews.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən mühafizəçiyə hökm oxunub, ona iki il şərti cəza təyin edilib.
Xatırladaq ki, prokuror Nurəddin Cəlilova 2 il 6 ay şərti cəza verilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident 2024-cü ilin iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək, xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanılıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan N.Cəlilovun işi zərərçəkən Xalq artistinin iddiası əsasında ayrıca icraata verilib.
Onu da qeyd edək ki, məhkəmə istintaqı müddətində Ağadadaş Ağayev Nurəddin Cəlilovla razılıq əldə edərək barışıblar.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub