Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.
Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.
Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb, oğlu saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatlarda İqbal Bağırovun özünün ehtiyatsızlıqdan atəş açdığı və bu zaman güllə xəsarəti alaraq öldüyü bildirilirdi. Mərhum Təzəkənd kənd icra nümayəndəsinin qardaşıdır və pambıqtoplama məntəqəsində çalışırmış.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub