Bakıda "50 qəpik" avtoyuma məntəqəsinin kassalarını qırıb, pullarını oğurlayan usta həbs edilib.
Mynews.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayının yaxınlığındakı "50 qəpik" avtoyuma məntəqəsində baş verib.
1992-ci ildə Bakı şəhərində anadan olan və avtomobil ustası işləyən E.R. son vaxtlar imkanı olmadığı üçün avtomobilini yuduzdurduğu "50 qəpik" avtoyuma məntəqəsində oğurluq etmək qərarına gəlib.
O, idarə etdiyi "Subaru" markalı avtomobillə avtoyuma məntəqəsinə gedib. Ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra avtoyuma aparatına yaxınlaşıb və maşınında olan təkər açarı ilə aparatın kassasını qıraraq oradan 83 manat dəyərində qəpikləri oğurlayıb. Eyni yerdən ikici dəfə də 95 manat dəyərində qəpik aparıb.
Məhkəmənin qərarı ilə E.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 2 ay müddətinə həbs edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub