Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.
Bu barədə Mynews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***
Paytaxtda "Boranı" restoranında yanğın başlayıb.
Mynews.az xəbər verir ki, hadisə mağazalar şəbəkəsinin "Əhmədli" metrostansiyası yaxınlığında olan filialında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.
FHN-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək".
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub