"Air Astana" aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Mynews.az xəbər verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.
Müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb.
Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib. Sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb.
Eyni zamanda, "Air Astana" aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salınıb. Digər sərnişinlər otelə yerləşdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub