Ötən gün Yasamal rayonunda dağıdılan evin sakinlərinin aqibətinin necə olacağı aktual mövzuya çevrilib.
Mynews.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Hacıyevlər ailəsi səhəri divarları, pəncərələri dağıdılmış, qəzalı vəziyyətə düşmüş evlərində açıblar.
Evləri dağılsa da ümidlərini itirməyiblər. Ev sahibi Həbib Hacıyev deyir ki, məsələnin dövlət qurumları tərəfindən nəzarətə götürülməsi onları rahatlaşdırıb.
Həbib Hacıyev deyir ki, qəzalı vəziyyətdə olsa da evlərini tərk etməyəcəklər, evin ziyan görməyən hissəsində yaşamağa davam edəcəklər.
Ərazidə olduğumuz zaman yeni bir məlumat da öyrəndik. Belə ki, Həbib Hacıyevin qonşusu Novruz Gülməmmədov bildirdi ki, həmin tikinti şirkətinin əməkdaşları 3 ay öncə onun evinə də zərər yetirib.
Qeyd edək ki, ötən gün faktla bağlı cinayət işi açılıb. Bu gün səhər isə hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Araşdırmalar davam edir.
Daha ətraflı videomaterialda:
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub