İstanbul Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqından sonra başladılan "boykot" çağırışları ilə bağlı 16 nəfər haqqında həbs qərarı çıxarıb.
Mynews.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, keçirilən əməliyyatlar nəticəsində 11 nəfər saxlanılıb.
İstintaq çərçivəsində sosial media və ənənəvi mediada yayılan nifrət dolu və bölücü ifadələr araşdırılıb. Bu çağırışları yayan şəxslər "nifrət və ayrı-seçkilik", eləcə də "xalqı kin və düşmənçiliyə rəşviq" maddələri ilə ittiham edilir.
Polis qüvvələri bir neçə ünvana eyni vaxtda basqın edərək şübhəliləri saxlayıb. Hazırda hələ həbs edilməyən 5 nəfərin tapılması üçün axtarış tədbirləri davam edir.
TRT-nin məlumatına görə, CHP-nin boykot çağırışları gözlənilən nəticəni verməyib. 2 aprel tarixində kartlı ödənişlərin məbləği mart ayını üstələyib. Bayramın son günü olan 1 aprel ilə müqayisədə ticarət dövriyyəsinin artdığı, eyni zamanda 3-22 mart tarixlərinin ortalama göstəricisindən də yüksək olduğu müəyyən edilib.
1
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
441 dəfə oxunub
2
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
441 dəfə oxunub
3
Səkinə Sadıxova vəzifəsindən azad edildi
439 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
429 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
427 dəfə oxunub