Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 98 ünvanında yerləşən, fiziki şəxs Şirinov Elvin Eyvaz oğluna məxsus "Xankəndi" restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.
Belə ki, ictimai iaşə obyektində qida məhsullarının saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimələrə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda istehlaka təqdim edilən toyuq və balıq ətlərinin müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin manqal sahəsində işlərin və xidmətlərin görülməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub