Rusiyanın məşhur reperi Paşa Texnik (Pavel Nikolayeviç İvleyev) vəfat edib.
Mynews.az bildirir ki, bu haqda musiqiçinin ailə üzvləri məlumat yayıb.
Ötən həftə reper ağır vəziyyətdə Tailandda reanimasiyaya yerləşdirilib.
Həkimlər musiqiçiyə aspirasiya pnevmoniyası sepsis diaqnozu qoyublar.
Təsdiqlənməmiş məlumatlara görə, ehtimal ki, bu hal onda qadağan olunmuş maddələrlə şiddətli zəhərlənmə nəticəsində yaranıb.
Yaxınlarının sözlərinə görə, Paşanın ağciyərləri demək olar ki, tamamilə zədələnib, o, süni nəfəs aparatında və "ECMO" da olub.
Bu gün günortadan sonra məlum olub ki, reper klinik ölüm keçirib, lakin həkimlər onu həyata qaytara biliblər.
Axşam onun vəziyyəti daha da kəskinləşib və Paşa ölüb. Onun 40 yaşı var idi.
Qeyd edək ki, Paşa Texnik, Rusiya hip-hopunun ən görkəmli reperlərindən biri hesab olunur. 2000-ci illərin əvvəllərində "Künteynir" qrupunun rəhbəri olub, sonra solo çıxış edib. Paşa işindən əlavə, təxribat xarakterli davranışları, qanun pozuntuları ilə tanınıb. (olay)
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub