"Bandotdel" vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs edib. Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.
Mynews.az xəbər verir ki, Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə şəxsin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş “İynə” satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub