"Bakı Metropoliteni"nin "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq.
Mynews.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni"ndən bildirilib.
Qeyd olunub ki, tikinti işlərinə ilin son rübündə başlanılması nəzərdə tutulub.
"Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumat veriləcək", - qurumdan bildirilib.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin “28 May” stansiyasında kəsişərək birləşən “Qırmızı” və "Yaşıl” xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra “Qırmızı" və “Yaşıl” xətlərin ayrılması üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyasiyaları arasında təxminən 200 metrlik tunelin inşası planlaşdırılır. Həmin dövrdə “Qırmızı” xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar “İçərişəhər"- "Həzi Aslanov” istiqamətində hərəkət edəcək.
“Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” stansiyası qismən bağlanacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub