Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb. Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib. Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub