Bu vəziyyət tullantı su xəttinə heyvan hissələrinin atılması nəticəsində müşahidə edilir.
Mynews.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd edilib ki, şəbəkəyə atılan heyvan qatıqları xətti tutur və ətrafa qanlı tullantı suyu axır:
"Nəzərə çatdıraq ki, bu hal artıq bir neçə dəfədir ki, təkrarlanır. Məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə daxil olan kimi qəza briqadası əraziyə cəlb edilərək xəttin fəaliyyətini bərpa edirlər. Bir neçə gün öncə də bu hal təkrarlanıb, qəza xidməti tərəfindən tullantı su xətti heyvan qalıqlarından təmizlənib. Xüsusilə vətəndaşların diqqətinə çatdırırıq ki, tullantı su şəbəkəsi yalnız tullantı suyunu axıtmaq məqsədi daşıyır."
***15:32
Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsi 397 ünvanında antisanitar vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Mynews.az baku.ws.-ə istinadla xəbər verir ki, açıq şəkildə axıdılan çirkab sular və heyvan qanı nəinki üfunət yayır, hətta ciddi infeksiya mənbəyinə çevrilib. Sakinlər qeyd edirlər ki, bu vəziyyət həm onların sağlamlığına, həm də ətraf mühitə ciddi ziyan vurur.
Sakinlər məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problemin həll olunmadığını deyirlər. Onlar aidiyyəti qurumlardan vəziyyətə dərhal müdaxilə edilməsini, ərazidə dezinfeksiya işlərinin aparılmasını və qanunsuz heyvan kəsimlərinin qarşısının alınmasını tələb edirlər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub